Ana səhifəÖmrümov Məhərrəm Xansuvar oğlu

“Perlit”  MMC,  Şahvələt Qaraşov Əbülfət oğlu şəxsində 2004-cü ildə təsis edilmişdir.

Hüquqi şəxs olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007 –ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyatına alınmışdır.

Təsisçinin sərəncamı ilə, Məhərrəm Ömrümov Xansuvar oğlu 2006 –cı ildə “Perlit” MMC –nin direktoru təyin  edilmişdir.

İş təcrübəsi:

Ömrümov  Məhərrəm  Xansuvar  oğlu 

Ailə vəziyyəti :

Doğulduğu tarix və yer:

Evli , 3 övladı var

04. 12. 1957 . Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çaykənd kəndi

Təhsili:

1979 – 1984  Ali,  Azərbaycan Mühəndis İnşaat İnstitutu   Bakı Şəhəri

Sənaye və Mülkı Tikinti İxtisası

İş Təcürbəsi:

2006 – cı ildən “Perlit”  MMC, Azərbaycan Respublikası Gəncə şəh. Gülüstan qəs. AKTA 6

Tutduğu vəzifə:

Direktor

2004  – 2006  ABŞ –nin Azərbaycan Beynəlxalq Xilasetmə Komitəsində ( İRC )

Tutduğu vəzifə:

Baş mühəndis.

ABŞ – ın BPRM ( ABŞ –nın Qaçqınların və Məcburi Köçgünlərin Miqrasiyası idarəsinin maliyə dəstəyi ilə Ağcabədi  Rayonu Lacın Qış yataqlarında Məcburi Köçkünlərə 95 fərdi yaşayış evinin  tikintisi,  Mərkəzi xəstəxana binası tikintisi və infrastruktur Layihələri icməli su, sanitariya , təsərrüfat suyu və qaçqınların  yaşayış evlərinin təmiri işləri ) və ABŞ-ın “Beynəlxalq Xilasetmə Komitəsi” beynəlxalq humanitar təşkilatının baş  mühəndis vəzifəsi.

Layihə smeta sənədlərinin, tender sənədlərinin hazırlanması, tikinti işlərinin yerinə yetirilməsi  işlərinə nəzarət etmək, maliyə sənədlərinin hazırlanması, icmaların gördüyü işlərin dəyərləndirilməsi, layihələrin tərtib edilməsi və aylıq hesabatların hazırlanıb ölkə direktoruna verilməsi  işlərinin həyata keçirilməsi .

2000 – 2002 ABŞ-in “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatı (World Vision International)

Tutduğu vəzifə

Inşaatçı,Mühəndis

(Qaçqınların və Məcburi Köçkünlərin İnteqrasiyası layihəsi  412 ailə üçün tikilən evlərin  inşası və məcburi köçkünlərin məskunlaşdığı 4 məktəbdə təmir tikinti işlərinin aparılması), Mingechevir şəhəri

Kontraktda  nəzərdə tutulan işlərin layihə smeta sənədlərinə uyğun yerinə yetirilməsi :

Layihıənin Azərbaycan Respublikasında qüvvədə olan texniki şərtlərə və layihə cizgilərinə uyğun yüksək keyfiyyətdə yerinə yetirilməsinə rəhbərlik etmək;

Tikinti İşlərinin yerinə yetirilməsində Mühəndis qrupu ilə sıx əlaqədə olmaqla meydana çıxan təklif və problemlərin həllinə nail olmaq

Tikinti işlərinin yerinə yetirilməsinə nəzarət, tikinti işlərinin ölçülməsi, qiymətləndirilməsi, ıcmalarda görülən işlərin qiymətləndirilməsi və aylıq hesabatların və ödənişlərin tərtib edilməsi;

Tikinti işlərinin yerinə yetirilməsinə dair vaxtaşırı hesabatlar hazırlamaq, tiknti işlərinin ölçülməsi və ödəniş sənədlərinin tərtib edilməsi.

 

2000 – 2003   ABŞ- ın  “СARE” Beynəlxalq Humanitar Təşkilatı Goranboy, Azərbaycan

Müqaviləçi (  Şəfəq kəndində 30 evin təmiri, Tapqaraqoyunlu kəndində 7 evin tikintisi və Todan  kənd orta məktəbinin təmir tikinti işlərinin görülməsi )

 

1995 – 1999    Müqaviləçi ABŞ - nin World Vision International (Dünyaya Baxış Humanitar Təşkilatı) Bakı, Sumqait, Gəncə və Mingəçevir Şəhərlərində Qaçqınların və Məcburi Köçkünlərin  kütləvi yaşayış yerlərində təmir tikinti işlərinin həyata keçirilməsi işləri. 

 

1989 – 1992 Baş mühəndis Kəlbəcər PMK-51,

 Kəlbəcər rayonu ərazisində sənaye və mülki obyektlərin tikintisi

 

1984 – 1990 Kəlbəcər PMK-41                   

 Briqadir, iş icraçısı , Plan şöbə rəisi  

Website developed by AzcaIT