Daşkəsən rayonu Çovdar qızıl mədəninin inşası üzrə tikinti işləri həyata keçirilmişdir

Daşkəsən rayonu Çovdar qızıl mədəninin inşası üzrə tikinti işləri həyata keçirilmişdir

“Perlit” MMC 2012–2013–cü  illərdə  AİMROC  (Azərbaycan Mineral Beynəlxalq Ehtiyatları Əməliyyat Şirkəti) şirkətinin sifarişi ilə, PRC-00021111-01 saylı müqavilə əsasında Azərbaycan Respublikasının Daşkəsən rayonu Çovdar qızıl mədəninin inşası üzrə  beton, torpaq, mədən yolu, dolğu,  su xətti,  drenaj,  Şadax və Qoşqar çayları üzərində isə körpü tikintisi işlərini yerinə yetirmişdir. Tikinti Türkiyənin Proccea Const Co (Proje A Inşaat Müh. Müt. Mim. Proje Danışmanlık Tic. Ltd.) şirkətinin həyata keçirdiyi  Covdar qızıl mədəni layihəsi çərçivəsində baş tutmuşdur.