“Perlit” MMC-nin Gürcüstanda “PERLİT-GEORGİA” adlı filialı fəaliyyətə başlayıb

2016-cı ilin fevral ayından etibarən “Perlit” MMC-nin Gürcüstan Respublikasında “PERLİT-GEORGİA” adlı filialı fəaliyyətə başlayıb. Filial Gürcüstanda həyata keçirilən təmir-tikinti və abadlıq işlərinin satınalınması tenderlərində iştirak edir. Şirkət iştirak etdiyi tenderlərdən ikisinin qalibi olmuşdur. Hazırda Gürcüstanın Kaspi şəhərində 3 ədəd uşaq bağçasının təmir-bərpa işlərini müvəfəqiyyətlə yerinə yetirir.